Manchester United klubundan ayrılmaq üçün bütün səylərini göstərən Alejandro Garnacho son 48 saat ərzində Bayern Munchen klubunun təklifini rədd edib. Futbolçu sadəcə və sadəcə Chelsea'yə transfer olmaqda maraqlıdır.
"Zadəganlar" isə argentinalı futbolçu üçün 50M£ ödəmək istəmir. Əlavə olaraq onu da bildirək ki, futbolçu Argentina millisinə yenə çağırılmayıb.
Alejandro Garnacho Manchester United'də 147 matça çıxıb və 47 qolda birbaşa iştirak edib: 27 qol, 20 məhsuldar ötürmə.