Christian Eriksen karyerasını Almaniyada davam etdirəcək.
Danimarkalı futbolçu Wolfsburg klubu ilə müqavilə imzalayıb. Bu müqavilə 2027-ci ilin yayına qədər qüvvədədir. 33 yaşlı futbolçu azad agent kimi heyətə cəlb edilib. Eriksen klubda 6-cı danimarkalı futbolçu oldu.
Yarımmüdafiəçi karyerası ərzində Ajax, Tottenham, Manchester United, Inter kimi klublarda çıxış edib. Millidə isə 144 matça çıxıb və 46 qol vurub.