Arsenal klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
London klubu 27 yaşlı futbolçu Eberechi Eze'ni heyətinə cəlb edib. Transferin məbləği 60M£ + 7.5M£'dir (bonus). İngiltərəli hücuma meyilli yarımmüdafiəçi yeni klubunda "10" nömrəli forma altında çıxış edəcək. Müqavilə 2030-cu ilədək etibarlıdır.
Eberechi Eze Crystal Palace'da keçirdiyi illərdə 169 matç keçirib və 40 qol, 29 məhsuldar ötürmə ilə yadda qalıb.