Liverpool klubu Parma'dan 18 yaşlı italiyalı mərkəz müdafiəçisi Giovanni Leoni'ni heyətinə cəlb etdi.
Bu transfer üçün Liverpool 35M€ pul xərcləyib. Onunla 6 illik müqavilə imzalanıb (2031-ci ilin yayınadək). İtaliyalı müdafiəçi yeni klubunda "18" nömrəli forma altında çıxış edəcək.
Giovanni Leoni kumiri olan Virgil van Dijk haqqında fikirlərini bölüşüb: "O mənim üçün dünyanın ən yaxşı mərkəz müdafiəçisidir. Onunla tez bir zamanda görüşüb, tanış olmaq istəyirəm və bunun üçün səbirsizlənirəm".