Göztepe'nin 23 yaşlı mərkəz hücumçusu Rômulo'nun yeni klubuna aydınlıq.
Braziliyalı işlək sağ ayaqlı futbolçu 20M€+5M€ (bonus) qarşılığında Leipzig klubuna transfer oldu. Bu transfer Türkiyə Super Liqası tarixinin 8-ci ən bahalı transferidir. Ən bahalı transfer isə 30M€ ilə Ferdi Kadıoğlu'dur. O sözügedən məbləğ qarşılığında Brighton klubuna transfer olmuşdu.
Futbolçunun yeni klubu ilə olan müqaviləsi isə 2030-cu ilin yayına qədərdir. Rômulo Leipzig'də "40" nömrəli forma altında çıxış edəcək.
Rômulo Göztepe'də keçirdiyi 2 sezonda toplamda 44 matça çıxmışdı. Keçirdiyi bu oyunlarda o 21 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.