Adı Real Madrid ilə hallanan Ibrahima Konaté Liverpool'da qalmağa qərar verdi.
Marca nəşrinin jurnalisti José Félix Díaz bildirir ki, ingilis klubu futbolçu ilə müqavilə imzalamağa hazırlaşır. 26 yaşlı mərkəz müdafiəçisinin Liverpool ilə olan hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Yeni müqavilə isə 3 illik nəzərdə tutulur.
Digər mənbə olan Diario AS'ın məlumatına görə isə Real Madrid klubu müdafiəçi üçün 25M€'dan çox pul vermək istəmir.
2021/22 sezonundan Liverpool'un şərəfini qoruyan fransız futbolçu bu klubda toplamda 133 matç keçirib. Keçirdiyi bu matçlarda isə 5 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Ibrahima Konaté Liverpool'da qalır.
14 Aug 2025, 18:17
59 baxış
1 dəqiqə oxuma

Etiketlər
#Real Madrid
#Liverpool