Middlesbrough klubu Newcastle United'in sol cinah müdafiəçisi Matt Targett'i heyətinə cəlb etdiyini açıqladı.
Klub 29 yaşlı futbolçunu sezon sonunadək icarəyə götürüb.
O, karyerası ərzində Southampton, Fulham, Aston Villa və Newcastle United'də çıxış edib. Peşəkar karyerası ərzində 203 matça çıxan ingilis müdafiəçi 5 qol və 12 məhsuldar ötürmə edib.