Haber Ara

Onlar yenə almanlarla bacarmadı.

15 Sep 2025, 00:23
33 baxış
1 dəqiqə oxuma
Onlar yenə almanlarla bacarmadı.

Bu gün basketbol üzrə Avropa Çempionatının final matçı baş tutdu.

Burada Türkiyə millisi Almaniya seçməsi ilə üz-üzə gəlmişdi. Oyuna tam nəzarət edən Türkiyə millisi, sonuncu 10 dəqiqədə sayıqlığı əldən vermişdi. Nəticədə 24 ildən sonra AÇ'da final mərhələsinə yüksələn qardaş Türkiyə millisi yenə gümüş medallara sahib çıxdı. Burada isə Türkiyə millisi Yuqoslaviya ilə görüşdə məğlub olmuşdu: 69-78.

Türkiyə millisi bu matç da daxil 9 dəfə Almaniya ilə qarşılaşıb. Keçirilən bu görüşlərin sadəcə ikisində qalib gəlməyi bacarıb. 7 dəfə isə almanlar qələbəyə sevinən tərəf olub.

Yekun: Türkiyə 83-88 Almaniya

Türkiyə:
1. Alperen Şengün: 23 xal | 3 ribaund | 3 assist
2. Cedi Osman: 23 xal | 5 ribaund
3. Shane Larkin: 13 xal | 6 ribaund | 9 assist

Almaniya:
1. Isaac Bonga:
20 xal | 5 ribaund | 3 assist
2. Franz Wagner: 18 xal | 8 ribaund | 2 assist
3. Dennis Schröder: 16 xal | 3 ribaund | 12 assist

Etiketlər

#Türkiyə #Almaniya

Bunlar da Marağınızı Çəkə Bilər