Qarabağ ötən mövsümdə Rayo Vallecano klubunda çıxış edən Joni Montiel'i heyətinə qatıb. Artıq futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi Qarabağ'da "9" nömrəli forma ilə çıxış edəcək.
26 yaşlı sol vinger Rayo Vallecano'nun yetirməsidir. O, klubda keçirdiyi 10 ildə Toledo, Oviedo, “Valladolid, Levante və Burgos klublarında icarədə olub. Joni İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib.