Mohamed Salah ilə Cristiano Ronaldo'nun bir araya gəlməsi hələ də mümkündür. Liverpool'dan ayrılmağa hazırlaşan Mohamed Salah üçün Al-Nassr klubu bu transfer üçün əlindən gələni əsirgəmir. Ərəblər bu transfer üçün iddialıdırlar.
Mohamed Salah Liverpool'dan ayrılmağa yaxınlaşdıqca, onun Səudiyyə Pro Liqasına böyük transfer ehtimalı artır. Bir çox varlı klub misirli ulduzun imzası üçün yarışdığı anda Al-Nassr də bu yarışa iddialı bir şəkildə iştirak etdi; bu vəziyyət Salah'ın Cristiano Ronaldo ilə güclərini birləşdirərək Riyadda durdurulamaz bir hücum xətti formalaşdıracağına dair həyəcanverici bir imkanı gündəmə gətirdi.
Al-Nassr böyük bir əməkdaşlıq üçün addım atır.
TEAMTalk'ın məlumatına görə Al-Nassr'in Liverpool'un hücumçusu uğrunda mübarizədə güclü mövqe yaratması ilə Salah'ın Ronaldo ilə yanaşı oynamaq şansı bir addım da yaxınlaşıb. Lakin misirli futbolçunun portuqaliyalı super ulduzun yanında necə uyğunlaşacağına və təcrübəli hücumçunun diqqət mərkəzini bölüşməyə hazır olub-olmayacağı ilə bağlı suallar yarana bilər.
Bu potensial mübahisə nöqtələrinə baxmayaraq, Səudiyyə Dövlət İnvestisiya Fondu (PIF) Salahı Pro Liqaya gətirməkdə qərarlıdır. Salah futboldan kənara çıxan və Yaxın Şərqdə idmanın mədəniyyət səfiri kimi xidmət edən əhəmiyyətli bir transfer olaraq görülür. Al-Nassr'in əhəmiyyətli maliyyə gücünü nəzərə alsaq, müasir dövrün ən böyük hücumçularından ikisini bir araya gətirmək imkanı klub rəhbərliyi üçün cəlbedici imkan olaraq qalır.
Salah'a "elçi düşən" klubların sayı get-gedə artır.
Hesabatda həmçinin bildirilir ki, Al-Nassr klubu bu transfer yarışında tək deyil və hazırda digər dörd Səudiyyə klubunun vəziyyəti diqqətlə izləyir. Uzun müddətdir ki, futbolçunu yaxından izləyən Al-Ittihad klubu daha əvvəl Merseyside'lılar tərəfindən rekord büdcəli təkliflərini geri çevirmiş olsalar da ərəb klubu hələ də Al-Nassr üçün vacib rəqib statusundadır. Bundan əlavə Al-Ahli, Al-Hilal klubları da yarışın içərisindədirlər. Liverpool'un keçmiş baş məşqçisi Brendan Rodgers'ın olduğu Al-Qadsiah klubu da bu transferin sürpriz rəqibdir.
Liverpool Kralsız bir yola hazırlaşır.
Anfield'da artıq Salah'sız bir dövrün reallığı hiss edilməyə başlanıb. Baş məşqçi Arne Slot klub üçün 250'dən çox qol vuran bir futbolçunun yerinim doldurulmasının çətinlikləri mövzusunda açıq danışıb.
Arne Slot: "Robbo və Mö'min ayrılacağını bilirik bu da 2 futbolçunu dəyişdirmək mənasına gəlir. Lakin Kostas Tsimikas qayıdacağından da xəbərdarıq. Bizim ilk hədəfimiz Salah'ın mövqeyinə necə bir futbolçu transfer edəcəyimizi düşünməkdir. Onu ona bənzəyən futbolçu ilə mi dəyişdirəcəyik, yoxsa fərqli bir yola mı çıxacağıq?"
Ronaldo ilə Salah eyni klubda?
19 Apr 2026, 17:42
6 baxış
3 dəqiqə oxuma
Etiketlər
#Liverpool
#Al-Nassr
#Cristiano Ronaldo
#Mohamed Salah