Avrokuboklarda bu gün püşkatma mərasimi baş tutub.
UEFA Çempionlar Liqasındakı təmsilçimiz Sabah klubu 2-ci təsnifat mərhələsində KuPS'u keçəcəyi təqdirdə AGF Aarhus v KKS Lech Poznań cütünün qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqasının bu mərhələsində əgər mübarizəni dayandırarsa, o zaman qəsəbə təmsilçisi Levski Sofia v CS Craiova cütünün məğlubu ilə görüşəcək.
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki matç 21 iyul saat 20:00'da baş tutacaq. 3-cü təsnifat mərhələsinin ilk matçları isə 4-5 avqust, cavab qarşılaşması isə 11 avqust tarixində baş tutacaq.
Qarabağ klubu isə Bolqarıstanın CSKA Sofia'sını məğlub edəcəyi halda Sheriff Tiraspol v Maccabi Tel-Aviv cütünün qalibi ilə qarşılaşacaq. Məğlub olacağı təqdirdə isə Dynamo Kiyv v PAOK Thessaloniki cütünün məğlubu ilə qarşılaşacaq.
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçları 23 iyul, cavab qarşılaşması isə 30 iyul tarixində baş tutacaq. 3-cü təsnifat mərhələsinin ilk matçı isə 6 avqust, cavab qarşılaşması isə 13 avqust tarixində baş tutacaq.
Zirə klubu isə Estoniyanın Paide Linnameeskond kollektivini məğlub edəcəyi təqdirdə Santa Coloma v SK Rapid Wien cütünün qalibi ilə qarşılaşacaq.
Neftçi klubu isə Belarusiyanın Dinamo Minsk kollektivini məğlub edəcəyi təqdirdə Železničar Pančevo v SC Braga cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçları 23 iyul, cavab qarşılaşması isə 30 iyul tarixində baş tutacaq. 3-cü təsnifat mərhələsinin ilk matçı isə 6 avqust, cavab qarşılaşması isə 13 avqust tarixində baş tutacaq.
Avrokuboklardakı rəqiblərimiz.
20 Jul 2026, 21:21
42 baxış
2 dəqiqə oxuma
Etiketlər
#Sabah
#UECL
#Qarabağ FK
#UCL
#UEL
#PFK Neftçi
#Zirə PFK