Haber Ara

Qarabağ klubunun UEL üçün iştirak ərizəsi.

07 Jul 2026, 19:41
135 baxış
1 dəqiqə oxuma
Qarabağ klubunun UEL üçün iştirak ərizəsi.

Qarabağ UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi üçün iştirak ərizəsini UEFA'ya göndərib. Vestri ilə matçların iştirak ərizəsində 24 futbolçu yer alıb.

A vərəqindəki 20'liyə aşağıdakı futbolçular daxil edilib:

Qapıçılar: 99. Mateusz Kochalski, 1. Şahruddin Məhəmmədəliyev.

Müdafiəçilər: 2. Matheus Silva, 5. Bruno Langa, 18. Dani Bolt, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov.

Yarımmüdafiəçilər: 7. Jaly Mouaddib, 8. Marko Janković, 9. Joni Montiel, 10. Abdellah Zoubir, 20. Kady Borges, 21. Aleksey Kashchuk, 35. Pedro Bicalho, 88. Samuel Lobato.

Hücumçular: 11. Zakaria Sawo, 17. Camilo Durán, 22. Musa Qurbanlı, 29. Renaldo Cephas.

B vərəqində isə 4 futbolçu yer alıb: 

Qapıçılar: 12. Teymur Həsənov, 77. Bilal Hacıyev;

Yarımmüdafiəçilər: 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov.

Etiketlər

#Qarabağ FK #UEL

Bunlar da Marağınızı Çəkə Bilər