La Liga'da geridə qalan 10 turda topladığı 18 xalla 5-ci pillədə olan Espanyol klubu böyük büdcələrə baxmayaraq təvazökar büdcəsi ilə sezonun sürpriz klubu oldu. Bu sehri yaradan şəxs isə baş məşqçi: Manolo González'dir...
Barcelona'da avtobus sürücülüyü edərkən, bir tərəfdən də baş məşqçilik edən Manolo, bəzi şanslı təsadüflər nəticəsində ikinci liqada Espanyol'un "sükanı arxasına" keçdi və klubu möcüzəvi şəkildə La Liga'ya çıxartdı. İndi də Espanyol'u UCL bileti üçün mübarizə aparan klub halına gətirdi.
The Guardian nəşrindən Sid Lowe, Barcelona bələdiyyəsində avtobus sürücülüyü kimi fəaliyyət göstərən Manolo González'in təsiredici hekayəsini danışdı:
"46 yaşındaki Manolo González, futbolçu kimi potensialını tam olaraq ortaya qoya bilməsə də baş məşqçi olaraq piramidanın ən aşağısından La Liga'da 5-ci pilləyə qədər yüksəldi.
Tusa avtobusunun sürücüsü Badalona'dan Barcelona'ya və Kataloniya Region Liqasından La Liga'ya qədər getdi və aradaki hər dayanacaqda dayandı.
Cümə axşamı gecəsi Atletic Lleida, Kral Kuboku ilk turunda Espanyol'u qəbul edəcəkdi. Lleida klubu İspaniyanın yarı professional 4-cü liqasında çıxış edir və keçən şənbə günü 125-ci ilini qeyd edərək, La Liga'ya yüksəlmiş olan rəqibindən çox uzaq bir dünyada yerləşir. Lakin qonaq klubun ehtiyat skamyasında oturan adamda təsadüfi bir tanışlıq hadisəsi baş verəcək, təbii ki də oturarsa...
Lleida'nın baş məşqçisi Gabri Garcia "Manolo'nu tanıyıram çünki öz səviyyəmizdə bir-birimizlə qarşılaşmışdıq"- deyə o bildirir. "İkimiz də ən dibdən gəlmişik". Dib doğrudur, amma Manolo González heç bir şeyi dəyişdirməzdi, Garcia'nın yerində olmaqdan qürur duyardı. Manolo uzun bir yolu qət edərək ən üst liqaya yüksəldi.
İspaniyada Region Liqasından 18 qrupda 397 klubun yer aldığı Tercera'ya, teorik olaraq hələ qeyri-professional olan və 80 klubdan formalaşan, 4 regional hissədən formalaşan Segunda B'dən Segunda'ya və oradan da La Liga'ya qədər hər yaş qrupunda və hər səviyyədə baş məşqçilik etdi. Bu səbəbdən Barcelona'ya gedən Interurbano avtobusunun sükanındaki günlük işini buraxması illərini apardı. Bu, onu formalaşdıran hekayənin bir parçası olaraq çox uyğundur...
46 yaşındaki mütəxəssis bir adam, Espanyol'un məşq meydanında, hər matçın universal fon musiqisi olan şüarların arasında söylədiyi ilk şey, "normal bir adam" olduğu idi. Onunla vaxt keçirdiyimizdə, hazırki mövqeyinə görə biraz çox normal olduğunu görərsiniz: şən, dürüst, açıqsözlü və tamamilə iddiasız. Onun da haqlı olduğu bir şey var: o, La Liga'ya çıxmağı "lotereya" kimi təsvir edir, lakin bunda müəyyən həqiqət olsa da bu, tamamilə doğru deyil.
Bu əmək, istedad, əzm, xarakterlik, sonsuz saatlar və yol boyunca bəzən gözlənilməz yerlərdən alınan saysız-hesabsız dərslərin nəticəsidir. "Bir gün John Travolta'san, ertəsi gün Manolo González'sən"- deyir. "Futbolda işlər sürətlə dəyişə bilər və bu bir xəbərdarlıqdır, ən gözəl saç düzümündən, başında tək bir saç teli qalmamasına, Saturday Night Fever'ın "cool" ulduzundan mənim kimi birinə. Amma bu hər zaman pis bir şey deyildir".
Keçən ilin mart ayında bir gün, Espanyol'un baş məşqçisi oldu; 45 yaşında və demək olar ki, heç tanınmayan, hər zaman yaşadığı eyni evdə yaşayan, heç "professional" futbol məşqçiliyi etməmiş biri, birdən-birə bir gecədə orada idi. Əslində, bir dəqiqə: bir gecədə? "10.000'dən çox gecədə"- desəm razılaşarsınız? "Gəldiyinizdə, sanki daha əvvəl heç məşqçilik etməmişsiniz kimi"- deyir. "Düşünürəm: "Bir dəqiqə, Ebro, Pena Deportiva, Badalona'da baş məşqçi deyildim? Ancaq indi? Uzun müddətdir ki, baş məşqçilik edirəm".
Əslində 30 ildir, bu da işlərin yolunda getməsinin, González'in bu şəkildə olmasının və bu qədər uğurlu olmasının bir səbəbidir. İllərdir ən populyar meneceri olan Espanyol'un statusu zorla əldə olunmayıb. Başlanğıcda elan edilən bir hirs, "zirvəyə yüksələcəyini elan etməklə bağlı deyil" deyir. "Sənin vəzifən futbolçularını daha yaxşı hala gətirməkdir. Sonra karyeran, həyatın səni hara götürərsə, oraya da gedirsən".
Galiçya'nın kiçik Folgoso do Courel qəsəbəsində doğulan González'in ailəsi onu 3 yaşında ikən Barcelona'ya apardı. Anası Calle Valencia'da bir restoran işlədirdi və o futbol oynayırdı. Bolqar futbolçu Stoichkov kimi tez əsəbiləşən biri olduğu üçün ona Stoichkov ləqəbi verilmişdi və yaxşı bir futbolçu idi "Amma kifayət qədər yaxşı deyildi"- deyir. Ola biləcəyi qədər yaxşı deyildi. "Mənim tavanım Segunda B idi. Fiziki vəziyyətim və başım səbəbindən. Bir futbolçuda istəmədiyim hər şey mən idim. Bəli, olduqca rəqabətçi idim, tez-tez oyundan atılardım və məğlub olduğumda anam mənimlə danışmazdı, amma yaxşı da davranmazdım. Mənə tövsiyə verəcək heç kimim yox idi. Paco Sanchez rəhbərliyindəki Martinenc'də, bir futbolçu olaraq mənə lazım olan dərsləri aldım, bunlar bir baş məşqçi kimi işimə yaradı. Təməl olaraq, istədiyimi etdim. Bir kapitan, haqq etmirsə əgər, hər həftə oynaya bilməz, yaxşı oynasa belə: bu yanlış bir mesaj verir. Şanslıyam, burada kimsə belə deyil. Mənim kimi biri olsaydı, oynamazdı. Başım daha yaxşı olsaydı, özümə daha yaxşı baxardım"- deyə davam edir González.
"Orada yaxşı futbolçulae var. Badalona'daki Abraham möhtəşəm idi, fərqinə vardığımda, artıq çox gec idi. Önəmli olan, səviyyənizə çatmaq və onu davam etdirməkdir. Ronaldinho bir dövrə damğa vurmalı idi amma edə bilmədi, bu məyusedici bir haldır. La Liga'ya çata bilərdim? Heç zənn etmirəm. Daha yaxşı, daha uzun bir karyeram ola bilərdi mi? Əlbəttə. Seçmə şansım olsaydı, baş məşqçilik yox, birinci liqa futbolçusu olardım. Dəyişərdim. Onlara da bunu deyirəm. Amma 16 yaşında baş məşqçiliyə başlamışdım. Bunu sevdiyim üçün etdim; bacaracağımı düşünmürdüm. Hər zaman oynamışdım, amma necə oynanılacağını bilmirdim. Antonio Sanchez adında bir baş məşqçi, oyuna baxış açımı dəyişdirdi, mənə səbəbini göstərdi. Onun sayəsində baş məşqçi oldum. Xüsusilə tənqid və təzyiq ilə necə başa çıxa bilərəm mövzusunda vacib bir digər adam, Real Madrid və Espanyol'da oynamış olan Jose Ramón Preciado idi".
Yenə də Manolo Marquez, və ya Francisco Lopez kimi insanların (daha alt səviyyədə) məşqçilik etdiyini gördüm və düşündüm: "Bu qədər bacarıqlı insanlar orada iş görərkən, mən necə məşqçilik edəcəyəm?"
Amma başladı: Martinenc, Sant Gabriel, Badalona. Harda bitəcəyi bəlli deyildi. Bəlkə də bitəcəkdi və hələki bir gəlir mənbəyi deyildi. González, 2018 ilinə qədər avtobus şirkətindən icazə istəmədən baş məşqçilik etdi.
"5'də durar, sükan arxasına keçər, avtobusumu sürüb, saat 4 radələrində növbəm bitər, məşqçilik edər, 8'də evə gələrdim. Baş məşqçilik sertifikatımı aldığım vaxtlarda gecələri işləyirdim. İnsanlar indi bütün bunları görür, amma arxa planda baş verənləri görmür. Daha sonra Segunda B'də şanslı biri idim: gəlirimi bərpa edə bilmişdim; bir çox insan bunu edə bilmir. Sonra, elə bir an gələr ki, ailənizin dəstəyi ilə bir risk almağınız lazım gələr: ya baş məşqçi olacaqdım, ya da olmayacaqdım və bunun yerinə istiqrarlı bir işim olacaqdı".
2020'də o vaxtlar Segunda B'də olan Badalona klubu, Getafe'ni kubokdan kənarlaşdırdı. 4-cü liqadakı Pena Deportiva'nı ard-arda play-off'lara daşıdı. İyul 2023'də eyni səviyyədəki Espanyol'un B klubunda liqadakı digər klubların təklifindən daha az bir maaşla işlədi. Sonra təxmini 1 yıl sonra olan oldu: Espanyol'un əsas klubu ikinci liqada idi 2 baş məşqçi; Luis García və Luis Miguel Ramis'i göndərmişdilər və vəziyyət acınacaqlı idi: "Yüksəlməyi bacara bilməsələr "bir qələt etmiş" olacaqlardı"- deyə etiraf edir González.
"Mənim üçün birinci kluba yüksəlmək bir lotoreya kimi idi"- deyir. "Doğru zamanda doğru yerdə idim. "Məni kluba almazlar. Yüksəlmələri lazım ikən B klubundan birini necə klubun başına gətirərlər?"- deyə düşünürsünüz. Bu bir ölüm-qalım məsələsi idi çünki həqiqətən də bu ölüm-qalım məsələsi idi. Amma mənə istedadlı olub-olmadığımı soruşdular və mən də "Təbii ki də"- dedim. Futbolçular mənə inanırdı. İnanmasaydılar, işim bitmişdi".
González Segunda'da 12 matçda klubunun başında idi və məğlub olmadı. Play-off yoluyla La Liga'ya yüksəldi. Ancaq bu, onun La Liga'ya onlarla birlikdə gedəcəyi demək deyildi, çünki o, asanlıqla tərk edilə bilən təcili daxili həll idi. Segunda B'də belə bəzi klublar onu kiçik klublar üçün bir baş məşqçi olaraq görürdü.
Espanyol'un idman direktoru başqalarının görmədiyi bir şey gördü. Segunda və Segunda B'də istedadlı futbolçular və məşqçilər olmasına baxmayaraq, bir çox futbolçu və məşqçi etiketlənir. İnsanlar belə deyə bilər deyə qorxursunuz: "Bu adam La Liga'da bacarmaz." İctimai rəy isə belə deyir: "Liqanı bilmir, təcrübəsi yoxdur".
"Mənə La Liga'da iş versəniz və işlər yolunda getməzsə, cəzasını idman direktoru ödəyər. Bunu gözə almaq, nəticələrinə sinə gəlmək üçün cəsur olmaq lazımdır. La Liga'da ilk başda nəticələr yaxşı olmadığında, futbolçular asanlıqla belə düşünə bilərdi: "Gənc bir məşqçi adam, birinci liqada yenidir, onun göndərilməsinə şərait yarada bilərik, amma tam tərsi oldu".
Hazırda Espanyol 5-ci sıradadır və klub yenidən pozitiv bir havaya bürünüb. Yeni bir sahibi də var, Burnley'dən Alan Pace kontrolu ələ alıb. 13 il keçdi və hər şey dəyişdi: tək və ya bir köməkçi ilə idarə etməkdən bütün texniki komandaya və ağlasığmaz resurslara sahib olmaq. Yüzlərcə nəfərlik qarışıqlıqdan on minlərlə nəfərlik qarışıqlıqlara, ən böyük stadionlara, səfərlərə getmək. Matç başlamadan əvvəl səssiz, boş stadionda yaşadığı o an hələ də ona təsir edir və təbii ki maaşı da. Bəs o sıfırları ilk gördüyü zaman özünü necə hiss etdi?
González gülür. "Mourinho'nunkilər kimi sıfırlar deyildi! Düşündüyünüz şey budur: "Ödəyə biləyəcəyinizi ödəyin və bir gün işlər yolunda getməzsə, deyə birazını yığın".
Əlbəttə. Saflıq geridə qaldı? La Liga'nın ona uyğun olmayan, onun təbii yeri olmayan hissələri var. "Biz işimizi görməyə çalışan normal insanlarıq və mən bu qədər göz qabağında olmağı, bir şeylər söylədiyim zaman insanların bunu yaymasını sevmirəm". Lakin González ildə 80'ə yaxın mətbuat konfransını sevməsə də dinləyiciləri sevirdi. O, cəfəngiyatları kəsib atan, səmimi və xarizmatik, ağılda qalıcı sözlər söyləmə bacarığına sahib olan, xoş qarşılanan birisidir. Həmçinin qazona baxaraq nəticədə çox da fərqli olmadığını israrla vurğulayır. Hətta hər zamanki kimi eyni künc rutini belə var və gülümsəyərək, bunun hələ işə yaradığını bildirir.
"Cümə axşamı günləri hələ də gərgin oluram. Gərgin olmadığım, o enerjini hiss etmədiyim gün, yaş aldığımdan mı, çox pulum olduğundan mı, başqa bir şeydən mi, o gün buraxacağam. Qazanmaq, təzyiq səbəbilə bir rahatlamadır, bir çox insanın sizə bağlı olduğunu bilirsiniz. Burası La Liga olduğu üçün bu bir oyun deyil, bir iş, bir şoudur. Amma biz bunu, rəqabət etməyi, zövq almağı gözdən qaçırmamağa çalışırıq. Onlar futbolçu, sehirbaz, sosialist deyil. Və sizə bir şey deyə bilərəm ki: bəlkə də tanıdığım insanlar baxımından şanslı idim, amma buraya gəldiyimdən bəri, hər şey olduqca safdır. Çalışmaq və qazanmaq istəyən, Segunda B'də olduğu kimi yaşayan, özünü həsr etmiş insanlar. "Bu başqa bir dünyadır"- deyə bilmərəm. Xoşbəxtlikdən, təcrübəmdə bu yoxdur".
Avtobus sürücülüyündən La Liga'ya: Manolo!
01 Nov 2025, 13:27
38 baxış
13 dəqiqə oxuma
Etiketlər
#RCD Espanyol
#Manolo González