Fransa üçün mundial pis bir şəkildə başa çatdı. Yarımfinalda İspaniyaya məğlub olan Deschamps'ın millisi, üçüncü-dördüncü pillələrin matçı olan İngiltərə qarşılaşmasını da məğlub başa vurdu və qapısından 6 qol buraxdı. Matçın ardından, Milan və Fransa millisində çıxış edən yarımmüdafiəçi Adrien Rabiot, DAZN'a verdiyi müsahibədə nəticələri dəyərləndirdi.
"Matça biraz cansız start verdik. Lakin İspaniyaya qarşı məğlub olduğumuz yarımfinalın ardından böyük bir xəyal qırıqlığı vardı. İkinci hissədə çox yaxşı idik, hətta matçı bərabərə başa vura bilərdik. İngiltərənin daha çox oyun qurmasına icazə verdik. Kənardan baxıldığında tutumumuz heç də xoş deyildi. Belə bir şey baş verməməlidir. Bu formanı geyindiyinizdə əlinizdən gələnin ən yaxşısını etməlisiniz və bəzi futbolçuların fikirlərinin oyunda olmadıqları görsənirdi".
"Milan? Əvvəlcə tətil; İspaniyaya məğlubiyyətimizdən bəri tək gözlədiyimiz şey budu. Sonrasında zehin baxımdan həqiqətən çox çətin günlərdən keçdik; bu matça fokslanmaq çətin idi. Haqq etdiyimiz bir tətil; yaxşıca istirahət etməliyik və ümid edirəm ki, mümkün qədər gec qayıdarıq".
"Milan’da qaldığım yerdən davam edəcəyəm mi? Bəli, təbii ki də. Sonra baş məşqçi və Maignan’la danışıb, görüşəcəyik. Mundial ərəfəsində sakit qalmaq istəyirdik və başqa şeylərlə narahat edilmək istəmədik. Artıq sakit bir şəkildə danışmaq üçün zamanımız olacaq. Hazırda heç kimlə danışmamışam. Qəti şəkildə Amorim ilə görüşəcəyik.".
Rabiot Milan'dakı gələcəyi ilə bağlı açıqlama verib.
19 Jul 2026, 22:04
20 baxış
2 dəqiqə oxuma
Etiketlər
#AC Milan