Mjällby klubu Allsvenskan'da sezonun bitiminə 4 tur qala ilk çempionluğunu elan etməyə hazırlaşır.
Baltik dənizi sahilində yerləşən Hallevik kəndinin təmsilçisi Mjällby klubu "milli fasilə"dən sonra keçiriləcək ilk liqa matçında 20 oktyabr tarixində Göteborg səfərində qalibiyyət əldə etməsi halında ilk liqa çempionluğunu elan edəcək.
Mjällby klubu İsveçin 16 klublu liqasında 26 turda 19 qalibiyyət, 6 bərabərlik və 1 məğlubiyyətlə 63 xal toplayıb. Topların nisbəti isə 47'nin (vurduğu qol sayı), 17'yədir (buraxdığı qol sayı).
Lider Mjällby ilə ən yaxın izləyicisi Hammarby arasında 11 xal fərq var. 2-ci yerdə qərarlaşan bu klubun aktivində 52 xal mövcuddur.
Son 4 turda sadəcə 1 qalibiyyət əldə etməsi halında çempionluğa yiyələnəcək olan Mjällby liqa ikincisi Hammarby'nin bir sonrakı liqa matçında qalibiyyət ala bilməməsi halında da yenə çempionluğunu elan edəcək.
1939-cu ildə qurulan klub, ilk dəfə 1980-ci ildə boy göstərən İsveçin ən üst səviyyə futbol liqası Allsvenskan'da toplamda 13 sezon mübarizə aparıb. Mjällby klubu çempion olması halında UEFA Çempionlar Liqası təsnifat mərhələsində oynayacaq və eyni zamanda 2026/27 sezonunda tarixində ilk dəfə bir avrokubok matçına mübarizə aparacaq.
DÜNYA FUTBOLU
ÖNƏ ÇIXAN
800 min nüfuzlu kəndin təmsilçisi çempionluğa doğru.
09 Oct 2025, 09:13
11 baxış
2 dəqiqə oxuma

Etiketlər
#Mjällby AIF