Haber Ara

DÜNYA FUTBOLU ÖNƏ ÇIXAN

Andreas Schjeldrup'dan açıqlama.

09 Nov 2025, 16:27
47 baxış
4 dəqiqə oxuma
Andreas Schjeldrup'dan açıqlama.

Pedofilliklə gündəmə düşən Andreas Schjeldrup açıqlama edib:

"Hərkəsə salam. 
Təxminən 2 il əvvəl etdiyim axmaqca bir xəta haqqında hamınıza açıq olmaq istəyirəm. O zamanlar 19 yaşında idim və indi bu xətanın nəticələri ilə üzləşmək məcburiyyətindəyəm.

Yaşananlardan və etdiklərimdən tamamilə mən məsuliyyət daşıyıram. Lakin hadisənin kontekstini bilməyiniz mənim üçün vacibdir.

O zamanlar Danimarkada yaşayırdım. Qısa bir video göndərildi və bir neçə saniyə sonra heç düşünmədən dostuma göndərdim. 

Bir çox gənc kimi bir-birimizə davamlı meme'lər göndərirdik. Bu videonu alıb, hər zamankı kimi, bunun fərqli olduğunu düşünmədən göndərdiyimdə, sadəcə ilk saniyələrini gördüm, videonun necə davam etdiyini görməmişəm.

Dostum bir neçə saniyə sonra bunu gördüyündə mənə doğrudan bunun göndərilməsinin əlbəttə qeyri-qanuni olduğunu xatırlatdı. Mən də dərhal sildim.

Çox əfsuslar olsun ki, o an nəticələrini və paylaşmanın qeyri-qanuni ola biləcəyini düşünməmişdim. Göndərmənin ciddiyətini anlamalı idim, amma o zaman anlamadım. Tək açıqlamam köhnə keyfiyyətdə olan bir videoda 2 gənc adama bənzəyən birini görüncə çox təəccüblənib, heç düşünmədən bir dostuma göndərməyim idi.

Məqsədim heç bir şeyi yaymaq, və ya iştirak edən kimlərəsə zərər vermək deyildi. Dərindən peşman olduğum axmaqca, tək səfərlik bir xəta idi.

Danimarka polisi bu il olanlar haqqında mənimlə əlaqə saxladığımda, onlara reallığı nəql etdim və bütün bu müddət ərzində iş birliyi etdim. Bu cinayətdən dolayı ittiham edildim və yəqin ki, yaxın gələcəkdə mühakimə olunacağam və böyük ehtimalla şərti cəza alacağam.

Mənim tərəfimdən heç bir bəhanə yoxdur. O zamanlar Danimarkada etdiyim şey qeyri-qanuni və düzgün deyildi. Bunun bütün məsuliyyətini öz üstünə götürürəm və ümid edirəm ki, xətamı eşidən, bilən hər kəs bu hekayəmdən dərs çıxarar və eyni xətanı etməzlər. Ümid edirəm ki, paylaşılmaması lazım olan bir şey aldıqlarında daha dərindən düşünərlər.

Əvvəla videodan təsirlənən hər kəsdən üzr istəyirəm. Sonrasında isə dostlarımdan, ailəmdən, ölkəmdən və xəyal qırıqlığı yaşatdığım bütün məni sevənlərimdən üzr istəyirəm.

Hazırda kaş ki, zamanda geriyə gedib, xətamı düzəldə bilsəydim. Daha əvvəl heç bir qeyri-qanuni iş görmədim, və ya polislə heç bir işim olmadı. Bu səbəbdən bu hadisə yaşanarkən uzun müddətdir ki, şokda idim.

Amma hazırda buradayıq. Bir xəta etdim və nəticələrinə hazıram. Mühakimə olunacağım cinayət mənim kim olduğumu və nəyi müdafiə etdiyimi əks etdirmir.

Xətamdan dolayı həqiqətən məyusam və bu vəziyyətdə olmaqdan utanıram. Məni tanıyan hər kəs nəyi müdafiə etdiyimi də bilir, bu səbəbədən bunun bir çox insan üçün şok edici olacağını anlayıram.

Həmçinin tariximizin ən vacib matçlarından bəzilərindən öncə bunun Norveç milli yığması üçün lazımsız bir narahatlıq olacağını da bilirəm. Bunun qarşısını almaq üçün matçlardan sonra paylaşmayı planlayırdım. Amma təəssüf ki, artıq bu mümkün deyil.

Və hərkəsdən xahiş edirəm; zərərli, və ya narahatedici videoları izləməyin, və ya paylaşmayın. Bu qeyri-qanunidir. Təkrar üzr istəyirəm və məni bağışlayacağınıza ümid edirəm. Hər şeyi yoluna qoymaq üçün əlimdən gələn hər şeyi edəcəyəm".

Etiketlər

#Andreas Schjeldrup

Bunlar da Marağınızı Çəkə Bilər