Haber Ara

ÖLKƏ FUTBOLU ÖNƏ ÇIXAN

Azərbaycan - İslandiya matçının hakimləri.

11 Nov 2025, 14:42
20 baxış
1 dəqiqə oxuma
Azərbaycan - İslandiya matçının hakimləri.

Dünya Çempionatı seçmə mərhələ matçında Azərbaycan millisi İslandiya millisini qəbul edəcək.

Sözügedən matçın hakimlər briqadası da artıq məlumdur. Matçı Monteneqrodan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi isə Nikola Dabanović'dir.

Dabanović daha öncədən həm milli, həm də klub səviyyəsində matçlarımızı idarə edib:

04.09.2017 | Azərbaycan 5-1 San Marino | DÇSM C qrupu
10.09.2018 | Malta 1-1 Azərbaycan | UEFA Nations League
18.02.2022 | Olympique de Marseille 3-1 Qarabağ FK | UECL play-off mərhələsi

Azərbaycan v İslandiya qarşılaşması 13 noyabr saat 21:00'da baş tutacaq. Görüş CBC Sport telekanalından canlı yayımlanacaq. Maraq üçün qeyd edək ki, matçın şərhçisi Gündüz Abbaszadədir.

Etiketlər

#Azərbaycan

Bunlar da Marağınızı Çəkə Bilər