İspaniya La Liga'sında 22-ci turun matçları davam etməkdədir.
Ötən gecə Barcelona klubu Elche'nin qonağı olub.
Manuel Martinez Valero stadionunda oynanan matçda qonaq klub; Barcelona 3-1'lik hesabla qalib gəldi.
Barcelona'nın qollarını 6-cı dəqiqədə Lamine Yamal, 40-cı dəqiqədə Ferrán Torres, 72-ci dəqiqədə isə Marcus Rashford vurub. Elche'nin yeganə qolunun müəllifi isə Álvaro Rodriguez olub. O, matçın 29-cu dəqiqəsində hesabı bərabərləşdirməyə müvəffəq olmuşdu.
La Liga'da turnir cədvəlinə nəzər yetirdiyimizdə Barcelona liderliyini davam etdirir. 55 xalı olan katalon təmsilçisinin ən yaxın izləyicisi isə Real Madrid'dir (51 xal). Atléticó de Madrid isə Levante səfərində xal itirərək (0-0), 45 xalla 3-cü pillədədir. Villarreal isə Osasuna ilə matçda xal itirib (2-2) və xalları 42'yə bərabərdir.
Qeyd edək ki, Real Madrid bu gün (01.02) saat 17:00'da Rayo Vallecano'nu qəbul edəcək. Matç İdman TV'dən canlı yayımlanacaq.
Barcelona'dan növbəti 3 xal.
01 Feb 2026, 12:51
98 baxış
1 dəqiqə oxuma
Etiketlər
#La Liga
#Barcelona