Qapıçı axtarışlarını davam etdirən Beşiktaş klubunda sürpriz bir gedişat yaşanıb.
Qara qartallar EPL klubu Liverpool'un şərəfini qoruyan Giorgi Mamardashvili üçün rəsmi şəkildə əlaqələr yaradıb.
Foot mercato nəşrinin bildirdiyi məlumata əsasən İstanbul təmsilçisi gürcü qapıçını icarə əsasında heyətinə qatmaq üçün Merseyside'lılara təklif göndərib.
Təklifin detalları:
Beşiktaş klubu Mamardashvili'nin keçici transferi üçün Liverpool'a 2M€ icarə pulu təklif edib.
Beşiktaş'ın təqdim etdiyi təklifdə sadəcə tək sezonluq bir icarə deyil, futbolçunun performansına görə icarə müqaviləsinin uzadılması maddəsinin də yer aldığı bildirilir.
Rəhbərlik, qapıçının yüksək transfer haqqı olduğundan birbaşa transfer etmək deyil, icarəyə götürmək işinə müsbət yanaşır.
Giorgi Mamardashvili'nin transfer dəyəri 28M€'dur. Gürcü qapıçı bu sezon Liverpool'da 5 matça çıxıb. O, qapısında 10 qol buraxıb və sadəcə 1 matç qapısını toxunulmaz saxlayıb (05.11.2025: UCL IV tur | Liverpool 1-0 Real Madrid).
Beşiktaş'dan qapıçı sürprizi: Liverpool'a təklif.
31 Jan 2026, 06:55
141 baxış
1 dəqiqə oxuma
Etiketlər
#Beşiktaş
#Liverpool