Haber Ara

Cole Palmer Qarabağa qarşı oynayacaq mı?

17 Oct 2025, 18:17
90 baxış
2 dəqiqə oxuma
Cole Palmer Qarabağa qarşı oynayacaq mı?

Chelsea klubunun baş məşqçisi Enzo Maresca Cole Palmer'in zədə səbəbindən 6 həftə yaşıl meydanlardan uzaq qalacağını təsdiqlədi.

Maresca Cole Palmer'in milli fasilədən sonra futbolçunun qayıdacağını gözləməkdə səhv etdiyini etiraf edib və futbolçunun reabilitasiyasının daha uzunmüddətli olacağını, dönüşünün dekabr ayının əvvəllərinə qədər uzanacağını bildirib.

"Mən səhv etdim. Təəssüf ki, onun daha 6 həftə kənarda qalması lazımdır. Onu mümkün qədər qorumağa çalışırıq. Ən vacib olan budur ki, o tam sağlam şəkildə bizə qoşulsun. Tibbi heyət sehrbaz deyil. Ümid edirəm ki, 6 həftə kifayət edəcək. Addım-addım görməliyik. Əminəm ki, hər şey yaxşı olacaq. O, rahat görünür. Zədədən qurtulmağa çalışır və bütün terapiyalara riayət edir".

6 həftə ərzində 23 yaşlı futbolçu bütün turnirlər daxil, 10 oyun buraxmalı olacaq:

18 oktyabr | Nottingham Forest | EPL (səfər)
22 oktyabr | AFC Ajax | UCL (ev)
25 oktyabr | Sunderland | EPL (ev)
29 oktyabr | Wolves | EFL Cup (səfər)
1 noyabr | Tottenham Hotspur | EPL (səfər)
5 noyabr | Qarabağ FK | UCL (səfər)
8 noyabr | Wolves | EPL (ev)
22 noyabr | Burnley | EPL (səfər)
25 noyabr | Barcelona | UCL (ev)
30 noyabr | Arsenal | EPL (ev)

Etiketlər

#Chelsea #Cole Palmer

Bunlar da Marağınızı Çəkə Bilər