Haber Ara

Daha bir milli mundiala vəsiqəni təmin etdi!

09 Oct 2025, 07:25
5 baxış
2 dəqiqə oxuma
Daha bir milli mundiala vəsiqəni təmin etdi!

Daha bir milli yığma 2026-cı ildə baş tutacaq olan mundiala vəsiqəni təmin edib. Bu Misir millisidir.

Dünya Çempionatının Afrika bölgəsi üçün seçmə mərhələsində Misir millisi Cibuti millisinin qonağı olub. Matça qonaqlar yaxşı başlayıb. Bunun nəticəsidir ki, Ibrahim Adel matçın 9-cu dəqiqəsində hesabı açdı. Daha sonrasında matçın 15 və 85-ci dəqiqələrində səhnəyə Mohammed Salah çıxdı. Liverpool klubunun üzvünün vurduğu qollar məsələni həll etmiş olub: Cibuti 0-3 Misir.

Bu nəticə ilə Misir millisi 9 turdan sonra 23 xalla A qrupunun vahid lideridir. Qrupun 2-cisi isə Burkina Faso millisidir. Onlar play-off mərhələsinə vəsiqə qazanan tərəfdirlər. Onlar da səfərdə öz oyunlarını keçiriblər. Burkina Faso onu yaxından izləyən Sierra Leone'ni minimal hesabla məğlub etməyi bacararaq, adını play-off'a yazdırıb. Bu matçda isə yeganə qolunu müəllifi Mohamed Zougrana olub. O, matçın 42-ci dəqiqəsində hesabı açmağa nail olub.

Afrika bölgəsi | DÇ-2026 seçmə mərhələsi
A qrupu

1. Misir 23
2. Burkina Faso 18
3. Sierra Leone 12
4. Qvineya-Bisau 10
5. Efiopiya 9
6. Cibuti 1

Etiketlər

#DÇ-2026 #Misir

Bunlar da Marağınızı Çəkə Bilər