Trendyol Süper Lig'in V turunda baş tutacaq olan Fenerbahçe v Trabzonspor matçının saatı dəyişib.
Bununla bağlı TFF rəsmi açıqlamada bildirib. Buna səbəb Eurobasket'lə sözügedən matçın üst-üstə düşməsidir.
Bazar günü Eurobasket'in final görüşü baş tutacaq. Burada Almaniya seçməsi 24 illik fasilədən sonra finala adlayan Türkiyə millisi ilə qarşılaşacaq. Basketbol matçı 22:00, Fenerbahçe v Trabzonspor matçı isə 20:00'da start götürəcək.