Haber Ara

Goretzka Bayern'dən ayrılır.

01 Feb 2026, 17:37
86 baxış
1 dəqiqə oxuma
Goretzka Bayern'dən ayrılır.

Leon Goretzka sezonun sonunda Bayern Munchen'dən ayrılacaq.

Bununla bağlı məlumatı Munchen təmsilçisinin idman direktoru Christoph Freund açıqlayıb.

O, 2026-cı ilin yayında müqavilə müddəti başa çatacaq 30 yaşlı almaniyalı futbolçu ilə yolların ayrılması barədə qərar verildiyini deyib.

Qeyd edək ki, 30 yaşlı alman yarımmüdafiəçi 2018/19 sezonundan Bayern Munchen'də çıxış edir. O, bu kluba Schalke 04'dən transfer olub. Bugünkü günədək o, Bayern'də 292 matç keçirib. Bu matçlar ərzində 47 qol və 40 assist edib.

Etiketlər

#Bayern Munchen

Bunlar da Marağınızı Çəkə Bilər