Haber Ara

ÖLKƏ FUTBOLU ÖNƏ ÇIXAN

Janković ilə bağlı açıqlama.

19 Sep 2025, 17:12
34 baxış
1 dəqiqə oxuma
Janković ilə bağlı açıqlama.

Qarabağ klubunun futbolçusu Marko Janković'in vəziyyəti ciddidir.

Qurban Qurbanovun fikrincə Janković'in zədəsinin ciddi olmadığı bildirilsə də MRT nəticələri zədənin olduqca ciddi olduğunu deyir.

Anar Hacıyev (Qarabağ FK'nın mətbuat xidmətinin rəhbəri): "Marko Janković'in zədəsi ilə bağlı ilkin dəyərləndirmə belə idi ki, bu, əzələ spazmasıdır. Yəni Benfica ilə oyunda belə bir ehtimal var idi. Sonradan MRT müayinəsi zədənin daha ciddi olduğunu üzə çıxardı. Müayinədən sonra müəyyənləşdi ki, dördbaşlı əzələnin gərilməsi diaqnozudur. Janković'in komandaya qayıtması təxminən 6 həftə çəkəcək".

Beləliklə monteneqrolu yarımmüdafiəçi UEFA Çempionlar Liqasında baş tutacaq København (1 oktyabr 20:45) və Athletic Bilbao (22 oktyabr 20:45) matçlarını buraxmalı olacaq.

Etiketlər

#Qarabağ FK #UCL

Bunlar da Marağınızı Çəkə Bilər