Haber Ara

Juventus'da Kenan Yıldız məsələsi.

09 Oct 2025, 08:48
6 baxış
1 dəqiqə oxuma
Juventus'da Kenan Yıldız məsələsi.

Kenan Yıldız'ın Juventus klubu ilə olan yeni müqavilə görüşmələrinin sürətli şəkildə bitmə ehtimalı var idi.

Buna baxmayaraq Türkiyə millisinin üzvünün Juventus ilə yeni müqavilə və maaşda artımın istənilməsi görüşmələri gözləniləndən daha çox gecikdirir. La Gazzetta dello Sports'un verdiyi məlumata əsasən klub kifayət qədər nikbindir, lakin yeni müqavilə ilə bağlı maaş barədə razılıq əldə olunmayıb. Xəbərə görə Juventus klubu Kenan Yıldız'a ilinə 5M€ dəyərində yeni müqavilə təklif edib. Kenan Yıldız'ın atası Engin Yıldız, oğlunun performansını da nəzərə alaraq bu rəqəmin daha da artmasından yanadır.

Türkiyəli ulduz ilə ciddi şəkildə maraqlanan klublar Manchester City və Liverpool'dur. Bu 2 klubdan əlavə Bayern Munchen, Chelsea, Arsenal və PSG də 20 yaşlı futbolçu ilə maraqlanırlar. Zebralar isə futbolçunu əldən vermək istəmir.

Etiketlər

#Juventus #Kenan Yıldız

Bunlar da Marağınızı Çəkə Bilər