Haber Ara

Kevin Medina'nın vəziyyəti ilə bağlı açıqlama.

26 Nov 2025, 20:41
152 baxış
1 dəqiqə oxuma
Kevin Medina'nın vəziyyəti ilə bağlı açıqlama.

UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçirilən SSC Napoli v Qarabağ FK matçında xəsarət alan Kevin Medina'nın vəziyyətinə aydınlıq gəlib.

Matçın 51-ci dəqiqəsində Scott McTominay'ın zərbəsi sonrası yaxın məsafədən başına tuşlanan zərbə nəticəsində xəsarət alan Kevin Medina müayinə olunub. Müayinədən sonra onun vəziyyətinin normal olduğu deyilir. Kolumbiyalı mərkəz müdafiəçisində heç bir ciddi problem yoxdur.

Qeyd edək ki, Scott McTominay'ın zərbəsi sonrası o huşunu itirsə də sonradan ayağa qalxıb, matça davam etməkdə israrlı idi. Lakin matçın 61-ci dəqiqəsində 32 yaşlı mərkəz müdafiəçisi yerini Samy Mmaee'yə vermişdi.

Etiketlər

#Qarabağ FK #Kevin Medina

Bunlar da Marağınızı Çəkə Bilər