Kiprin Pafos klubu tarix yazmaqdadır.
11 il əvvəl qurulan Pafos klubu klub tarixində ilk dəfə 2024-cü ildə ölkə çempionu olmağı bacarıb. Bu sezon Pafos UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulub. Sıra ilə İsrailin Maccabi Tel-Aviv, Ukraynanın Dynamo Kyiv'ni və sonda Serbiyanın Crvena Zvezda kollektivini mübarizədən kənarlaşdıraraq, klub tarixində ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanmağı bacarıb. Onlar 4-cü səbətdə yerlərini alacaqlar.
UEFA Çempionlar Liqasının püşkatma mərasimi 28 avqust saat 20:00'da start götürəcək. Mərasimi siz, CBC Sport telekanalı vasitəsilə canlı izləyə bilərsiniz.