Bu gün UEFA Çempionlar Liqasının 2-ci turun görüşləri baş tutacaq. Sabah isə təmsilçimiz Qarabağ Bakıda København klubunu qəbul edəcək. Ənənəyə sadiq qalaraq oyundan bir gün öncə mətbuat konfransı keçirilib.
København klubunun baş məşqçisi Jacob Neestrup mətbuat konfransında bunları bildirib: "Stadionun ot örtüyü yaxşı ola bilərdi. Amma bu bəhanə deyil. Normaldır. Məqsədimiz qələbə qazanmaqdır. Rəqibimizə hörmət edirik. Çempionlar Liqasındakı bütün klublar güclüdür. Qarabağ avrokuboklarda mütəmadi çıxış edir. Onların hücum xəttində yaxşı futbolçular var. Səyahətimiz yaxşı keçib və sabahkı matça hazırıq".
Qeyd edək ki, Qarabağ FK v København matçı sabah (1 oktyabr) saat 20:45'də start götürəcək. Oyunu hollandiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Serdar Gözübüyük'dür.
København klubunun baş məşqçisindən açıqlama.
30 Sep 2025, 17:38
11 baxış
1 dəqiqə oxuma

Etiketlər
#Qarabağ FK
#UCL
#København