UEFA Çempionlar Liqasının liqa mərhələsində Barcelona klubu evində son çempion PSG'ni qəbul etdi.
Lamine Yamal da bu matçda start heyətdə yer almışdı və matçın sonuna qədər meydanda idi.
Barcelona klubu rəsmi sosial mediadan paylaşdığı xəbərə görə 18 yaşlı ispan futbolçu 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, Sevilla ilə matç və İspaniya millisinin oyunlarında iştirak edə bilməyəcək. İspaniya millisi qarşıda Gürcüstan (11 oktyabr) və Bolqarıstanla (14 oktyabr) qarşılaşacaq. Hər ikisi İspaniyada baş tutacaq.
Lamine Yamal'la bağlı rəsmi açıqlama.
03 Oct 2025, 18:35
43 baxış
1 dəqiqə oxuma

Etiketlər
#Barcelona
#Lamine Yamal
#İspaniya