Barcelona'nın 37 yaşlı forvardı Barcelona'dakı gələcəyi ilə bağlı açıqlama verib.
Gələcəyi ilə bağlı gələn suala polşalı ulduz "Gələcəyim? Əvvəla tələsmirəm. Nəticədə hazırda hiss etdiyim şey ən vacib olandır. Gələcəyim haqqında düşünməyim lazım deyil. Həyatımda bir çox şey ola bilər, amma hazırda çox xoşbəxtəm və bu sezona qollar vurmağa və kuboklar qazanmağa fikrimi vermiş haldayam. Hazırda ağlımda olan tək şey bunlardır"- deyə cavab verdi.
Bu sezon Barcelona ilə 10 matça çıxan qol silahı, 4 qolla yadda qalıb.