Haber Ara

DÜNYA FUTBOLU ÖNƏ ÇIXAN

Madrid derbisində 7 qol.

27 Sep 2025, 20:39
13 baxış
2 dəqiqə oxuma
Madrid derbisində 7 qol.

Atléticó de Madrid evində Kral klubunu qəbul edib.

La Liga'nın 7-ci turunun mərkəzi qarşılaşması olan Madrid derbisini 69.000'dən çox adam stadiondan canlı izləyib.

Oyunda vurulan ilk qol isə ev sahiblərindən gəlib. Atléticó'nun mərkəz müdafiəçisi Robin Le Normand hesabı açıb. Real Madrid'dən Arda Güler 11 dəqiqə ərzində 1 qol, 1 assist edərək klubunu önə keçirib: 2-1.

Matçın ilk hissəsinin artırılma dəqiqələrində Alexander Sørloth baş zərbəsi ilə status-kvonu bərpa edib: 2-2.

2-ci hissəyə də ev sahibləri yaxşı başlayıb. Bunun nəticəsidir ki, matçın 51-ci dəqiqəsində Julián Álvarez penaltidən fərqlənib. Argentinalı futbolçu matçın 63-cü dəqiqəsində mükəmməl cərimə zərbəsi qolu ilə fərqi bir qədər də artırıb. Oyunda son nöqtəni isə Antoine Griezmann qoyub. 90-cı dəqiqəyə artırılmış 2-ci dəqiqədə meydana daxil olan Alejandro Baena 90+3-cü dəqiqədə Griezmann'a verdiyi pasla assistanlıq edib: 5-2.

Bununla da Atléticó de Madrid 12 xalla 5-ci pilləyə qədər yüksəlib. Real Madrid isə 18 xalla hələki vahid liderdir. Barcelona klubu 16 xalla Kral klubunun ən yaxın izləyicisidir. Katalonlar sabah 20:30'da Real Sociedad'ı qəbul edəcəklər.

Etiketlər

#Real Madrid #Atléticó de Madrid

Bunlar da Marağınızı Çəkə Bilər