İngiltərə Premyer Liqasının 4-cü turu Manchester derbisi ilə bağlandı.
ETIHAD stadium'da Qırmızı şeytanları qəbul edən Şəhərlilər, bu dəfə də rəqibinə mərhəmət göstərmədi. Toplamda 197-ci dəfə keçirilən bu derbinin qalibi ev sahibi Manchester City oldu.
Keçirilən bu 197 matçda Manchester United 80, Manchester City isə 63-cü qələbəsini əldə etdi. Yerdə qalan 54 matçda isə sülh qeydə alınıb.
Manchester City 3-0 Manchester United
Qollar: 18' Phil Foden, 53' Erling Haaland, 68' Erling Haaland.