Santos klubu Braziliya çempionatında 18-ci turun matçına çıxıb.
Fportal.az xəbər verir ki, Juventude ilə qarşılaşan Santos rəqibini 3-1 hesabı ilə məğlub etməyi bacarıb. Neymar bu görüşdə dubl ilə yadda qalaraq, 2022-ci ildən sonra ilk dəfədir ki, bir matçda 2 qol vurmağı bacarıb. Bundan əlavə Neymar avqust 2022'dən bu yana ilk dəfədir ki, ardıcıl 5 matçda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Braziliya Serie A'sında Santos'un aktivində 18 xal var və Vitória ilə 15-16-cı pillələri bölüşür. Juventude isə 20 klub arasında 11 xalla 19-cudur.
Neymar'ın qolları ilə gələn 3 xal.
06 Aug 2025, 02:25
53 baxış
1 dəqiqə oxuma

Etiketlər
#Neymar