Haber Ara

ÖLKƏ FUTBOLU ÖNƏ ÇIXAN

Qarabağ 8 illik həsrətə son qoydu!

28 Aug 2025, 00:28
48 baxış
1 dəqiqə oxuma
Qarabağ 8 illik həsrətə son qoydu!

Qarabağ klubu UEFA Çempionlar Liqasının play-off mərhələsində cavab görüşünə çıxdı.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmaya maraq olduqca böyük idi. Qarşılıqlı qolların olduğu matçda qalib tərəf Ferencvárosí olsa da toplam hesabda Qarabağ rəqibi 1 qolla üstələyərək klub və ölkə futbolu tarixində 2-ci dəfə Çempionlar Liqasına vəsiqəni təmin etdi.

Qarabağ klubu UEFA Çempionlar Liqasına vəsiqəni təmin etməklə bonus kimi 1.500 ölkə xalı qazandırdı. Bu günkü məğlubiyyətə görə isə ölkə xalı qazana bilmədi.

Püşkatma mərasimi isə 28 avqust tarixində saat 20:00'da baş tutacaq. Mərasimi siz CBC Sport telekanalında Ramiz Mirzəzadənin şərhi ilə canlı izləyə bilərsiniz.

Etiketlər

#Qarabağ FK #UCL

Bunlar da Marağınızı Çəkə Bilər