Ötən gecə UEFA Çempionlar Liqasının play-off mərhələsinin ilk matçları keçirilib.
Təmsilçimiz Qarabağ 3 illik fasilədən sonra Ferencvárosí klubu ilə üz-üzə gəlib. 3 il əvvəl 3-cü təsnifat mərhələsində qarşılaşmış bu iki klub bu səfər daha əhəmiyyətli mərhələdə - play-off mərhələsində üz-üzə gəlib.
Matçın ilk hissəsini minimal hesablı məğlubiyyətlə başa vuran Ağdam təmsilçisi 2-ci 45 dəqiqədə vəziyyəti leyinə dəyişməyi bacardı. Janković, Medina və Musanın vurduğu qollar sayəsində Qarabağ 3 il əvvəlki ssenarini yenidən Ferencvárosí'yə yaşatmağı bacarıb.
Cavab qarşılaşması öncəsi üstünlüyü əlinə alan Qarabağ klubu bu qələbə sayəsində ölkəmizə daha 250 xal gətirərək, xallarımızın sayını 19.500'ə (Ukrayna ilə olan hazırkı xal fərqi 225) çatdırmağı bacarıb.
Əgər Qarabağ klubu UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanacaq olan 7 klubdan biri olarsa, 18.6M€'dan və matçı da qələbə ilə başa vurarsa 250 xaldan savayı ölkəmizə bonus olaraq 1.500 ölkə xalı da gətirmiş olacaq (bir ölkə avrokuboklarda 4 klubla iştirak edirsə 1.500, 5 klubla təmsil edilirsə 1.200 bonus ölkə xalı qazanır).
UEFA Çempionlar Liqası - Play-off
Ferencvárosí TC 1-3 Qarabağ FK
Qollar: 29' Barnabás Varga, 50' Marko Janković, 67' Kevin Medina, 85' Musa Qurbanlı.