Haber Ara

ÖLKƏ FUTBOLU ÖNƏ ÇIXAN

Qarabağ klubu ilklərə imza atmaqda davam edir.

03 Oct 2025, 18:14
13 baxış
2 dəqiqə oxuma
Qarabağ klubu ilklərə imza atmaqda davam edir.

UEFA Çempionlar Liqasının liqa mərhələsində növbəti matçını keçirib. Ağdam təmsilçisi bu sezonun ilk ev matçını København'a qarşı keçirmiş olub.

8 il əvvəl UEFA Çempionlar Liqasının qrup mərhələsinin bir addımlığında görüşmüş bu 2 klubun mübarizəsi hamı tərəfindən maraqla qarşılanırdı.

Oyuna istəkli başlayan Ağdam təmsilçisi təzyiqlərin nəticəsində matçın 28-ci dəqiqəsində hesabı açıb. Abdellah Zoubir Pedro Bicalho'nun zərbəsindən sonra dirəkdən qayıdan topu boş qapıdan keçirib. 2-ci hissədə isə təşəbbüsü ələ alan tərəf København idi. Matçın 82-ci dəqiqəsində daha təhlükəli gələn danimarkalıların hücumu məntiqi sonluqla tamamlanmayıb. Jordan Larsson'ın başla zərbəsindən sonra top dirəyə tuş gəlib. Təzyiqlərdən bir nəticə ala bilməyən Danimarka təmsilçisi matçın 83-cü dəqiqəsində müdafiədə boşluq buraxdı. Bunun nəticəsində Nəriman Axundzadənin pasını mükəmməl şəkildə qolla bəzəyən Emmanuel Addai fərqi 2'yə yüksəldərək, oyunda son nöqtəni qoydu: Qarabağ 2-0 København.

Bu qələbə sayəsində Qarabağ Azərbaycanın ölkə xalına daha 500 xal əlavə etdi. Toplamda isə xalqımız 22.000'dir. Azərbaycan futbolu tarixində Qarabağ bir ilkə daha imza atıb. Belə ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu turnirində 2 matç ardıcıl olaraq qalib gələn ilk Azərbaycan klubu oldu.

Etiketlər

#Qarabağ FK #UCL

Bunlar da Marağınızı Çəkə Bilər