Haber Ara

ÖLKƏ FUTBOLU ÖNƏ ÇIXAN

Qarabağ manşetlərdə.

06 Nov 2025, 17:16
20 baxış
2 dəqiqə oxuma
Qarabağ manşetlərdə.

Dünyaca məşhur ingilis idman saytı SKY Sports Qarabağın uğurlarından danışdı. Saytın idman analisti və redaktoru Laura Hanter komandamız haqqında maraqlı fikirlər səsləndirib. Onun fikrinə görə Qarabağın bu uğuru qətiyyən təsadüf deyil. 

"Düzdür Chelsea güclü rəqibə qarşı xal itirmədi. Ancaq Qarabağ qazandığı xallarla burada nə üçün olduğunu sübut etdi. Şübhəsiz ki, Maresca üçün əsas hiss peşmaçılıq olacaq; komandası hesabda önə keçməsinə baxmayaraq, üstünlüyünü qoruyub saxlaya bilmədi və Qarabağ ilə bərabərliyə oynayaraq ilk 8'lik sıralarına yüksəlmək fürsətini əldən verdi. Chelsea oyuna tam köklənə bilmədi; ardıcıllıq çatışmazlığı və təcrübəsizlik komandanı zəif vəziyyətə saldı. Maresca start heyətində 7 dəyişiklik etmişdi, orta yaş isə cəmi 23 il 97 gün idi; bu qərar nəticə vermədi.

İlk 10 dəqiqədə zədə problemi yaşayan Roméo Lavia'nın yerinə Caicedo daxil olmalı oldu, fasilədə isə daha yaxşı balans və keyfiyyət üçün 3 futbolçu əvəzləndi. Əvəzlənən oyunçulardan Delap və Garnacho birlikdə bərabərlik qoluna imza atdılar. Bu komanda hələ ki, geniş heyət rotasiyası ilə eyni səviyyədə oyun sərgiləmək gücündə deyil. Müdafiədə Tosin Adarabioyo və Jorrel Hato zəiflik nümayiş etdirdilər, hücumda isə Jamie Gittens və Tyrique George tamamilə təsirsiz qaldılar. Maresca üçün görüləcək çox iş var".

The Sun: "Garnacho hesabı bərabərləşdirərək "mavilər"i zəif rəqib qarşı utandırıcı məğlubiyyətdən xilas etdi".

Daily Mail: "Mavilər" zəif rəqiblə bərabərliklə kifayətləndi".

The Guardian: "Garnacho Chelsea'ni şok məğlubiyyətdən xilas etdi".

The Telegraph: "Garnacho Chelsea'ni utancverici məğlubiyyətdən xilas etdi".

Etiketlər

#Qarabağ FK #UCL #Chelsea

Bunlar da Marağınızı Çəkə Bilər