Qarabağ klubu UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb. 1 həftə əvvəl Shkëndija'nı səfərdə minimal hesabla (1-0) məğlub edən komanda cavab görüşündə inamlı qələbə qazanıb.
Təmsilçimizin matçın 10-cu dəqiqəsində hesabda geridə olmasına baxmayaraq, matçı 5-1'lik əzici hesablı qələbə ilə başa vurmağı bacardı.
Ağdam təmsilçisi bu qələbə sayəsində Azərbaycan klubları adına bir ilkə imza atıb. Belə ki, Qarabağ'la qarşılaşmalara qədər Azərbaycan klublarını qol buraxmadan mübarizədən kənarlaşdırmağı bacaran Shkëndija kollektivi Qarabağ'la keçirdiyi 2 görüşün hamısında da məğlub olaraq mübarizəni dayandırdı. İndi onlar yoluna UEFA Avropa Liqasında davam etdirəcəklər. Qarabağ isə tarixində 4-cü dəfə UEFA Çempionlar Liqasının play-off mərhələsində iştirak etməyə haqq qazandı.
Habelə Qarabağ klubu keçirdiyi 4 matçın hamısında qalib gəlməyi bacararaq, ölkə xalında mühüm rol oynayıb. Belə ki, Ağdam təmsilçisi 4/4 edərək (hər qələbə 250 xal), toplamda 1.000 ölkə xalı qazandı.
Azərbaycan bu sezon toplamda 2.125 xal toplayıb və hazırda 55 ölkə arasında 5-ci pillədədir.
UEFA Çempionlar Liqası - III təsnifat mərhələsi (cavab qarşılaşması)
Qarabağ FK 5-1 KF Shkëndija
Qollar: 10' Fabrice Tamba (0-1), 16' Clisman Cake (avtoqol) (1-1), 18' Kady Borges (2-1), 33 Nəriman Axundzadə (3-1), Marko Janković (penalti) (4-1), 59' Leandro Andrade (5-1).