Haber Ara

ÖLKƏ FUTBOLU ÖNƏ ÇIXAN

Qarabağdan tarixi qələbə!

17 Sep 2025, 14:44
38 baxış
2 dəqiqə oxuma
Qarabağdan tarixi qələbə!

Ötən gecə UEFA Çempionlar Liqasının liqa mərhələsinə start verilib. Qitənin ən nüfuzlu klub turnirinin ilk turunun ilk günündə təmsilçimiz Qarabağ da öz oyununu keçirənlərdən idi.

Oyunun ilk 20 dəqiqəsində 2 qol buraxmağımıza baxmayaraq ilk hissənin bitiminə 15 dəqiqə qalmış, hesab arasındakı fərqi azaltmağı bacardıq. Leandro Andrade Qarabağ klubunun UEFA Çempionlar Liqası 2025/26 sezonundakı ilk qolunun müəllifi oldu.

İkinci hissəyə də klubumuz istəkli başladı. Bunun bəhrəsini biz 48-ci dəqiqədə hesabı bərabərləşdirərək gördük. Oyunda son sözü yenə təmsilçimiz dedi. Meydana sonradan daxil olan Oleksey Kashchuk Abdellah Zoubir'in pasını qola çevirib; 3-2.

Bu qələbə sayəsində Qarabağ klubu tarixində ilk UCL qələbəsinə sevinib. Bu qələbə ölkəmizə əlavə 500 xal gətirib. Qazanılan bu 500 xal sayəsində Azərbaycan UEFA sıralamasında Slova iyanı dəf edərək, 25-ci pilləyə yüksəlib. Azərbaycanın aktivinə 21.500, Slovakiyanın isə 21.375 ölkə xalı var. Maddi baxımdan isə Qarabağ kassasına 2.1M€ əlavə edib.

UEFA Çempionlar Liqasında növbəti matç København ilə olacaq. Matç 1 oktyabr saat 20:45'də start götürəcək və CBC Sport telekanalından canlı yayımlanacaq. Məkan Tofiq Bəhramov adına Respublika stadionudur.

Etiketlər

#UCL #Qarabağ FK

Bunlar da Marağınızı Çəkə Bilər