Haber Ara

Qarabağın matçında dəyişiklik.

28 Oct 2025, 20:33
36 baxış
1 dəqiqə oxuma
Qarabağın matçında dəyişiklik.

Qarabağ klubu Peşəkar Futbol Liqasına müraciət edib. Klub Çempionlar Liqasının Liqa mərhələsinin Chelsea ilə keçiriləcək oyununa daha yaxşı hazırlaşmaq məqsədilə X turda keçiriləcək İmişli v Qarabağ oyunu ilə XX turda  baş tutacaq Qarabağ v İmişli görüşünün yerinin dəyişdirilməsini istəyib. 

Qarabağ klubunun rəsmi müraciətini, İmişli klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib.

Belə ki, X turda komandalar Azərsun Arenada üz-üzə gələcək və oyun Qarabağ v İmişli görüşü kimi rəsmiləşəcək. Görüş 31 oktyabr saat 17:00'da start götürəcək və CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq. XX turun görüşü isə İmişli v Qarabağ qarşılaşması kimi oynanılacaq.

Etiketlər

#Qarabağ FK #UCL

Bunlar da Marağınızı Çəkə Bilər