Haber Ara

Qurban Qurbanov Spartak Moskova'nın gündəmində.

11 Aug 2025, 13:25
60 baxış
1 dəqiqə oxuma
Qurban Qurbanov Spartak Moskova'nın gündəmində.

Qurban Qurbanovun adı Spartak Moskvanın baş məşqçi postuna mümkün namizədlər arasında çəkilib.

Sport den za dnem "Ən gözlənilməz, amma maraqlı variant: xarici məşqçi, lakin rusdilli və postsovet məkanında iş təcrübəsi var. 1999–2001-ci illərdə Qurbanov Rusiyada Baltika və Fakel klublarında çıxış edib, daha sonra isə Rusiya futbolu ilə yolları kəsişməyib. Bununla belə, Qarabağda çalışarkən o, Rusiya yığmasının qapıçısı Andrey Lunyov da daxil olmaqla bir sıra rusiyalı futbolçuların məşqçisi olub və bu klubla avrokuboklarda uğurla çıxış edib. Rusiya ilə Azərbaycan arasında son vaxtlar siyasi münasibətlər stabil olmasa da, məlum olduğu kimi, idman siyasətdən kənardır".

Etiketlər

#Qarabağ FK #Qurban Qurbanov

Bunlar da Marağınızı Çəkə Bilər