Real Madrid klubu braziliyalı futbolçu Vinícius Júnior üçün son təklifini edib. Kral klubunun fikri qətidir; ya qəbul et, ya da get.
Real Madrid klubu Vinícius Júnior'un mümkün pulsuz ayrılığına görə narahat deyil.
El Chiringuito TV'nin fportalaz'a verdiyi məlumata əsasən Kral klubu 25 yaşlı futbolçuya daha yaxşı şərtlər ilə müqavilə təklif edib. Braziliyalı futbolçu əgər bu müqaviləni də rədd etsə, yanvarda ayrılma ehtimalı var.
Vinícius'un Real Madrid ilə olan müqaviləsi 2027-ci ilədək qüvvədədir.