Fernando Santos ilə AFFA arasında olan müqaviləyə qarşılıqlı şəkildə xitam verildi.
Keçən ilin iyun ayında millimizin "sükanı arxasına" keçən portuqaliyalı mütəxəssisin qovulmasına səbəb İslandiya millisi ilə oyunda yaşanan 5-0'lıq məğlubiyyətdir.
Azərbaycan millisi Fernando Santos'un rəhbərliyi ilə qalibiyyət üzü görə bilməyib: 11 matç, 9 məğlubiyyət və 2 bərabərlik.
Qeyd edək ki, Azərbaycan millisini Ukrayna ilə matça baş məşqçi kimi çıxaracaq olan şəxs isə U21 millimizə də baş məşqçilik edən Ayxan Abbasov olacaq.