Haber Ara

Trent 11 matç buraxmalı olacaq.

05 Dec 2025, 20:55
47 baxış
1 dəqiqə oxuma
Trent 11 matç buraxmalı olacaq.

Trent Alexander-Arnold 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

Real Madrid'in müdafiəçisi La Liga'da Athletic ilə oyunda əzələ zədəsi səbəbindən 55-ci dəqiqədə əvəzlənib. Tibbi müayinədən sonra məlum olub ki, ingiltərəli futbolçu uzun müddət komandaya kömək edə bilməyəcək.

Bud əzələsi zədəsi onu fevral ayına qədər meydandan uzaq saxlayacaq, yəni qış dönəmində 11 oyunu qaçıracaq. İngiltərə sağ cinah müdafiəçisi üçün Real Madrid'də başlanğıc heç də ideal alınmayıb.

Trent'in buraxacağı matçlar:
7 dekabr: RC Celta de Vigo | La Liga
10 dekabr: Manchester City | UCL
14 dekabr: Deportivo Alavés | La Liga
20 dekabr: Sevilla | La Liga
4 yanvar: Real Betis Balompié | La Liga
8 yanvar: Atléticó de Madrid | Supercopa de España
18 yanvar: UD Levante | La Liga
20 yanvar: AS Monaco | UCL
25 yanvar: Villarreal | La Liga
28 yanvar: SL Benfica | UCL
1 fevral: Rayo Vallecano | La Liga

Etiketlər

#Real Madrid #Trent Alexander-Arnold

Bunlar da Marağınızı Çəkə Bilər