Haber Ara

UEFA sıralaması. Azərbaycanın yeri...

09 Aug 2025, 05:03
66 baxış
1 dəqiqə oxuma
UEFA sıralaması. Azərbaycanın yeri...

Avrokuboklarda bu həftə Azərbaycanın 3 klubu öz oyunlarını keçiriblər.

Qarabağ UEFA Çempionlar Liqasında Shkëndija səfərindən minimal hesablı qələbə ilə qayıdaraq, ölkə xalına 250 xal daha əlavə etməyi bacarıb.

UEFA Avropa Konfrans Liqasında çıxış edən Sabah və Araz-Naxçıvan klubları isə Qarabağ'dan fərqli olaraq bizi sevindirə bilməyiblər. Sabah'ın Sofiyadakı minimal hesablı, Araz-Naxçıvan'ın isə evdə 4-0'lıq hesabla məğlub olması, ölkəmizə xal gətirməyib.

Bununla da Azərbaycan UEFA sıralamasında bir irəliləyiş qət etməyib. 19.000 ölkə xalı ilə 28-ci olan Azərbaycan, hələ də Ukraynanı izləməkdə davam edir. Polissya Zhytomyr (250) və Shakhtar Donetsk'in (125) qazandığı ölkə xalları sayəsində onlar bizimlə olan xal fərqini artırmağı bacarıb. Onların aktivində isə 19.600 ölkə xalı var. Bizi isə Bolqarıstan izləyir. Arda və Levski Sofia klublarının (hər ikisi 250) qazandığı ölkə xalları nəticəsində xalların sayı 17.875'ə yüksəlib və 30-cu sırada qərarlaşıblar.

Etiketlər

#Sabah #Araz-Naxçıvan #UECL

Bunlar da Marağınızı Çəkə Bilər