Azərbaycan liqasında stadionu tam dolu görmək olduqca müşkül məsələdir. Əvvəl nisbətən stadionun dolu olduğunu azdan-çoxdan görürdük. İndi isə sadəcə Qarabağ'ın avrokuboklardakı matçları əsnasında buna şahidlik edirik.
Azərbaycan liqası tarixində rekord izləyici sayı 10 iyun 2005-ci ildə Gəncə şəhər stadionu'nda baş tutmuş PFK Neftçi v Xəzər Lənkəran matçı idi. Matçı 26.120 nəfər stadiondan canlı izləyib.
Son 10 ilə baxdıqda isə mütləq rekord 2022/23 sezonuna təsadüf edib. 10.000 azarkeşin stadiondan canlı izlədiyi matç isə Sabah FK v Qarabağ FK matçı idi (13.11.2022).
Bu sezon isə liqamızda 11 tur artıq geridə qalıb. 2025/26 sezonun hazırkı rekord azarkeş sayı X turda baş tutan Turan Tovuz v Şamaxı matçında qeydə alınıb. Sözügedən matçda 5.800 azarkeş stadiondan klubunu dəstəyə səsləyib. Maraq üçün bildirək ki, XI turda (Zəfər turu) baş tutan Qarabağ FK v PFK Neftçi matçının azarkeş sayı isə 4.677'ə bərabərdir.
Milli yığma tərəfdən yanaşdığımızda isə azarkeş dəstəyi liqamızdan heç də fərqlənmir (son oyunu istisna). Azarkeşlər olaraq milli gözardı edilməməli, onlara qucaq açmaq lazımdır. Ayxan Abbasov'a güvənməyə dəyər. Millimizdə olmayan o ruhu geri qaytaran məşqçi elə məhz Ayxan müəllimin özüdür. Sosial şəbəkələrdə "Milliyə yerli məşqçi lazımdır"- deyənlər xeyli çox idi. AFFA yerli məşqçi də gətirdi. Düşünürük ki, Fransa ilə matçdakı kimi stadionu doldurmaq olar. Biz bunu həmin matçda göstərdik. Rəqibin futbolçuları üçün yox, həmin o "milli ruh"dan ötrü, milliyə dəstək olmaq, onların pis günündə belə "Nə olursa olsun, biz yanındayıq!"- demək üçün stadionu doldurmaq lazımdır.
Doğrudur bəlkə də Azərbaycan liqasına maraq ölkəmizdə olduqca azdır, amma Azərbaycan futbolunu sevənləri, Azərbaycan liqası sevənlərini komandalarına stadiondan azarkeşlik etməyə çağırırıq. Futbolun bəzəyi biz azarkeşlərik. Oyunu maraqlı edən bizim dəstəyimizdir. Ölü oyunu belə canlandırmaq biz azarkeşlərin öhdəsinə düşür. Qurban Qurbanov'un da mətbuat konfransında dediyi kimi: "Məşqçilər tərəfindən verilən psixoloji dəstək bir yerə qədərdir. Azarkeşlər stadionun, futbolun bəzəyidir. Futbolçularda azarkeşlərdən gələn dəstək motivasiyası çatışmır".
ÖLKƏ FUTBOLU
ÖNƏ ÇIXAN
Futbolun bəzəyi azarkeşlərdir!
18 Nov 2025, 19:03
24 baxış
3 dəqiqə oxuma
Etiketlər
#Azərbaycan