Qarabağ'ın transfer gündəmində olan kosovalı forvard Baton Zabergja Dinamo City klubundan ayrılır.
Transfermarkt saytının iddiasına görə 24 yaşlı forvard Ukraniyanın Metalist 1925 klubuna transfer olunacaq. Albaniya təmsilçisinin bu keçiddən 800 min euro qazanacağı gözlənilir.
Qarabağ ardıcıl olaraq 12-ci mövsümdür ki, avrokuboklarda çıxış edəcək. Təmsilçimizin həm büdcəsi, həm də avrokubok təcrübəsi Metalist 1925-dən şübhəsiz daha çoxdur. Deməli, Ağdam təmsilçisi bu keçid üçün lazım olan vəsaiti ödəmək istəməyib.
Qeyd edək ki, Zabergja dünən keçirilən Hajduk Split v Dinamo City (2-1) matçında iştirak etməyib. Onun adı iştirak ərizəsinə əlavə olunmayıb.