Sabah Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Shkëndija klubunun qonağı olacaq təmsilçimiz Qarabağdan xəbər var.
Belə ki, yeni transfer Dani Bolt zədə səbəbilə bu matçı buraxmalı olacaq. Əvəzində isə zədəsini sağaldan Marko Jankovic bu görüşdə komandasına kömək edə bilər.
Shkëndija - Qarabağ matçı sabah Bakı vaxtı ilə saat 21:00 da başlayacaq.